Qar uçqunu altında qalmış tələbə xilas edilib | Eurasia Diary - ednews.net

21 Fevral, Cümə


Qar uçqunu altında qalmış tələbə xilas edilib

Dünya A- A A+

Pakistan Silahlı Qüvvələri ölkənin şimalındakı Qilqit-Baltistan əyalətinin Astor bölgəsindəki xizək kurortunda qar uçqunu altında qalan 22 tələbəni uğurla xilas edib. 

Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, Lahor Universitetinin 22 tələbəsi dağ-xizək kurortunda gəzinti zamanı şiddətli torpaq sürüşməsi nəticəsində qar uçqununun altında sıxılmış vəziyyətdə qalıblar. 

Dərhal universitet rəhbərliyi ölkənin silahlı qüvvələrində kömək istəyib. Beş gündən sonra ordunun köməkliyi ilə tələbələrin həyatı xilas edilib. 

Qeyd edək ki, yanvar ayının əvvəllərindən başlayaraq Pakistanın bir neçə əyalətinə güclü qar yağıb. Ümumilikdə, yanvarın 11-dən ölkədə təbii fəlakət üzündən 100-dən çox insan ölüb.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...