İrandan daha bir - ETİRAF | Eurasia Diary - ednews.net

21 Fevral, Cümə


İrandan daha bir - ETİRAF

Dünya A- A A+
"Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin Boeing 737 təyyarəsi Tor-M1 zenit-raket kompleksindən atılan iki qısa mənzilli "yer-hava" raketi ilə vurulub.
 
Eurasia Diary-nin  tass-a istinadən verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi ikinci ilkin istintaq hesabatına istinadən bildirib.
 
Agentliyin məlumatına əsasən, raketlər Ukrayna aviaşirkətinə məxsus təyyarəyə şimal istiqamətindən atılıb.
 
"Bloomberg" İranın ikinci ilkin istintaqının nəticələri ilə bağlı digər məlumat vermir.Qeyd edək ki, yanvarın 8-i İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub.
İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.(BakuPost)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...