Şahzadə Harri Böyük Britaniyanı tərk edib | Eurasia Diary - ednews.net

27 Fevral, Cümə axşamı


Şahzadə Harri Böyük Britaniyanı tərk edib

Dünya A- A A+

Şahzadə Harri Böyük Britaniyanı tərk edib.

Eurasia Diary xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Məlumata görə, o, Kanadaya, xanımı Meqan Marklın və oğlu Arçinin yanına gedib.

Qeyd edilir ki, Harri Londonda Britaniya-Afrika investisiya sammitində iştirak etdikdən sonra axşam reysi ilə uçan təyyarə ilə Kanadaya gedib. Harri Britaniya paytaxtında ölkənin baş naziri Boris Consonla görüşüb.

Nəşr iddia edir ki, şahzadə Harri ölkəni elə tərk edib ki, hətta Bukinhem sarayında axşam qəbuluna da çıxmayıb. O, burada təşkilatçılardan biri olmalı idi. (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...