Gürcüstanda müxalifət aksiyaları bərpa edəcək | Eurasia Diary - ednews.net

27 Fevral, Cümə axşamı


Gürcüstanda müxalifət aksiyaları bərpa edəcək

Dünya A- A A+

Fevralın 4-dən etibarən Gürcüstan müxalifəti parlament binası qarşısında aksiyaları bərpa edəcək.

Eurasia Diary apa-a istinadən xəbər verir ki, bu barədə parlamentin müxalif “Milli Hərəkat” fraksiyasının sədri Roman Qoçiridze məlumat verib. Onun sözlərinə görə, aksiyalar hakim “Gürcü Arzusu” Paritiyası verdiyi sözü yerinə yetirənədək davam etdiriləcək.

“Onların iki seçimi var - ya kompromisə getməli, ya da seçkidən öncə iflas etməlidirlər”, - deyə R. Qoçiridze bildirib.

Qeyd edək ki, Gürcüstan müxalifəti ötən il iyununun 19-dan etibarən proporsional seçki sisteminə keçid tələbi ilə müəyyən fasilələrlə etiraz aksiyaları keçirir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...