Məşhur aparıcı komadan ayılıb | Eurasia Diary - ednews.net

27 Fevral, Cümə axşamı


Məşhur aparıcı komadan ayılıb

Dünya A- A A+
Türkiyənin məşhur aparıcısı Kənan İşık komadan ayılıb.
 
Eurasia Diary Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 ildir komada olan 72 yaşlı aparıcı artıq evə buraxılıb və müalicəsini evdə davam etdirəcək.
 
Onun həyat yoldaşı B. İşıq bildirib ki, hər şeyi eşitsə də, hələ reaksiya vermir. Lakin gözləri ilə ünsiyyət qura bilir. Onun sözlərinə görə, əvvəlkilərdən fərqli olaraq indi, o özünü oturduğu yerdə sərbəst saxlaya bilir.
 
Məşhur aparıcı 2014-cü ilin martın 21-də saunadan çıxarkən ayağı sürüşüb və başı yerə dəydiyi üçün komaya düşmüşdü.
 
Xatırladaq ki, Kənan İşık "Kim milyoner olmak ister?" intellektual şousunun aparıcısı kimi tanınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...