Çin məhkəməsi "İnterpol"un keçmiş rəhbəri Men Hunveyi 13,5 il müddətinə azadlıqdan məhrum edib.
Eurasia Diary bildirir ki, o, rüşvət almaqda təqsirli bilinib.
Bildirilir ki, iyundakı dinləmədə M.Hunvey 14,5 milyon yuan (2,1 milyon dollar) miqdarında rüşvət aldığını etiraf etmişdi.
M.Hunvey keçən ilin sentyabrında "İnterpol"un qərargahı olan Fransadan Çinə səfəri zamanı yoxa çıxmışdı. O, rüşvət almaqda təqsirli bilinərək, həbs edilmiş və Kommunist Partiyasından ixrac edilmişdi. Onun xanımı isə Fransada sığınacaq ala bilib.(Virtualaz.org)