Gürcüstan parlamentinin binasının qarşısı bağlanıb | Eurasia Diary - ednews.net

23 Fevral,


Gürcüstan parlamentinin binasının qarşısı bağlanıb

Dünya A- A A+

Tbilisidə Gürcüstan parlamentinin binasınının qarşısı dəmir konstruksiya ilə əhatəyə alınıb.

Eurasia Diary report-a istinadən xəbər verir ki, Tbilisi meriyası ərazidə bərpa işləri həyata keçirəcək.

Şəhər meri Kaxa Kaladze bildirib ki, ərazi ilə yanaşı, orada yerləşən 9 Aprel memorialı da bərpa olunacaq.

Onun sözlərinə görə, əraziyə yeni plitələr döşəniləcək, fəvvarələr quraşdırılacaq və yaşıllıqlar salınacaq.

Qeyd edək ki, Gürcüstanda müxalifətin və ictimai fəalların etiraz aksiyaları ən çox parlamentin binasının qarşısında keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...