İranı silkələyən hadisə - Daha bir iranlı komandir öldürüldü | Eurasia Diary - ednews.net

28 Fevral, Cümə


İranı silkələyən hadisə - Daha bir iranlı komandir öldürüldü

Dünya A- A A+

İranın “Bəsic” xalq könüllülərinin komandiri Əbdülhüseyn Müjdəmi ölkənin cənub-şərqində Xuzistan əyalətində qətlə yetirilib.

Bu barədə TASS “Gənc Jurnalistlər Klubu”na istinadla məlumat yayıb.

Bildirilir ki, Ə.Müjdəmi Şadeqan rayonunda Darhovin dairəsində yerləşən “Bəsic” könüllülərinin rəhbəri olub. O, naməlum şəxslər tərəfindən evinin yaxınlığında güllələnib.

Yerli hakimiyyət hadisədən bir neçə saat sonra cinayətkarların tutulduğunu bildirib.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...