ABŞ hava, dəniz və quru qoşunlarındakı köhnəlmiş hərbi təyyarlərin dəyişdirilməsi üçün 2038-ci ilə qədər 44 milyard dollar xərcləyəcək.
Eurasia Diary xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat Konqresin Büdcə Ofisinin yayımladığı hesabatda qeyd olunub.
Qeyd olunur ki, ümumilikdə, 2000 və 2018-ci illər arasında HHQ-yə təyyarələrin alınması üçün 10 milyard dollar, HDQ üçün 11 milyard dollar, quru qoşunları üçün 5 milyard dollar vəsait ayrılıb.
Proqnozlara görə Pentaqonun təyyarələrin alınması xərcləri 2030-cu illərin ortalarına qədər durmadan artacaq və 2038-ci ildə 44 milyard dollar səviyyəsinə çatacaq.(ordu.az)
Proqnozlara görə Pentaqonun təyyarələrin alınması xərcləri 2030-cu illərin ortalarına qədər durmadan artacaq və 2038-ci ildə 44 milyard dollar səviyyəsinə çatacaq.(ordu.az)