Çavuşoğlu: “Biz NATO-nu daha da güclü edəcəyik” | Eurasia Diary - ednews.net

23 Fevral,


Çavuşoğlu: “Biz NATO-nu daha da güclü edəcəyik”

Dünya A- A A+

Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik.

Eurasia Diary-nin xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.

S-400 zenit raket sistemi ətrafında yaranan gərginliyə münasibət bildirən Türkiyə XİN başçısı NATO müttəfiqlərindən hava hücumundan müdafiə sistemi ala bilmədiklərini üçün Rusiyaya müraciət etdiklərini qeyd edib: “Bu, seçim deyildi, əksinə zərurət idi. Biz NATO-nu zəiflədəcək hər hansı bir addım atmayacağıq”.

M. Çavuşoğlu vurğulayıb ki, Almaniya və Fransa Rusiyanı narazı salmamaq üçün Gürcüstanı NATO-ya qəbul etməkdən çəkinir: “Ancaq biz hər zaman Gürcüstanın NATO-ya üzvlük məsələsini gündəmə gətirir və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...