Ermənistanda, Azərbaycanda və Qarabağda (Azərbaycanın işğal edilmiş ərazisi-red) saxlanılan şəxslərin yaxınlarının qarşılıqlı səfərlərinin təşkili məsələsi gündəliyə daxil edilib.
Eurasia Diary Azvision-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib. Onun sözlərinə görə, hazırda bu məsələ gündəmdədir:
“Ümid edirəm ki, belə humanitar addımın təşkili üçün lazımi formatı tapacağıq. Bu, sırf humanitar addımdır, humanitar təşəbbüsdür. Ona görə də bu addımın etimad tədbirlərinin qurulmasında mühüm rol oynayacağına inanırıq”.