Restoranda dava salan nazir istefa verdi | Eurasia Diary - ednews.net

28 Fevral, Cümə


Restoranda dava salan nazir istefa verdi

Dünya A- A A+

Slovakiyanın Ekologiya naziri Laslo Solimos istefa verib.

Eurasia Diary  qafqazinfo-ya istinadən xəbər verir ki, onun istefa verməsinə Bratislavada yerləşən restoranların birində içkili vəziyyətdə dava etməsi səbəb olub. Solimos dava zamanı restoran işçilərinə hücum edib və onlardan birinə xəsarət yetirib.

Məsələ ictimailəşdikdən sonra Baş Nazir Peter Pelleqrini L.Solimosu qəbul edərək, baş vermiş hadisəyə görə ictimaiyyət qarşısına çıxaraq üzr istəməyi tələb edib.

Baş Nazirlə görüşdən sonra istefa verdiyini bildirən L.Solimos jurnalistlərin suallarına cavab verməkdən də imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...