İngiltərə kraliçası II Elizabeta Avropa Birliyindən çıxmaq üçün hazırlanan qanun layihəsini təsdiq etdi.
Bütün bunlarla yanaşı İngiltərə Avropa Birliyinə 30 milyard funt sterling məbləğində pul ödəyəcək, İngiltərədə yaşayan AB vətəndaşlarının haqlarını qoruyacaq və İrlandiya dənizində bir gömrük nöqtəsi yaradacaq.
2020-ci ilin sonunadək davam edəcək keçid dövründə İngiltərə, Brüsellin qaydalarına tabe olmaqda davam edəcək.