Çinin Uxan şəhərində koronavirusa yoluxmuş pasiyentlər üçün müvəqqəti xəstəxananın tikintisinə başlanılıb.
Eurasia Diary-nin məlumatına görə, bu barədə Sinxua agentliyi xəbər verib.
1000 yerlik xəstəxananın tikintisinin on gün ərzində yekunlaşdırılması planlaşdırılır. Fevralın 3-də onun istifadəyə veriləcəyi gözlənilir.
“South China Morning Post” qəzetinin məlumatına görə, xəstəxananın tikintisinə yüzlərlə işçi cəlb olunub. Tikinti prosesinin sürətli getməsi üçün hökumət işçilərə gündəlik olaraq 173 ABŞ dolları məbləğində əməkhaqqı verir. Bu, onların normada qazandıqları əməkhaqqından üç dəfə çoxdur.