Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkelin mətbuat konfransı zamanı çıxışına müdaxilə edib.
Eurasia Diary xəbər verir ki, Merkel Liviya prosesi ilə bağlı Berlin konfransından danışarkən Liviya Milli Ordusunun rəhbəri, marşal Xəlifə Haftarın atəşkəsi qəbul etdiyini bildirib. Ərdoğan isə Merkelə dərhal sual ünvanlayıb: "Xanım kansler, Haftar imzaladımı?"
Bir anlıq duruxub qalan Merkel onun atəşkəsə imza atmadığını, ancaq şifahi olaraq buna razılaşdığını qeyd edib.(axar.az)