Türkiyənin Elazığ vilayətində baş verən zəlzələdən sonra vilayətin son vəziyyəti ilə bağlı görüntülər yayımlanıb.
Eurasia Diary xəbər verir ki, "Ruptly" agentliyi tərəfindən dronla çəkilən videoda zəlzələdən sonrakı dağıntılar əks olunub.
Qeyd edək ki, Türkiyənin Elazığ və Malatya şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə, yaralıların sayı isə 1466 nəfərə çatıb.(axar.az)