Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb | Eurasia Diary - ednews.net

19 Fevral, Çərşənbə


Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb

Dünya A- A A+

Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb, ümumilikdə isə ölkə ərazisində təxminən 2,5 min nəfər bu virusa yoluxub.

Eurasia Diary  “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, 2.454 yoluxma hadisəsi Çində, 6 nəfər Honqkongda, 5 nəfər Makaoda və 3 nəfər Tayvanda qeydə alınıb.

“Global Times” qəzetinin məlumatında bildirilir ki, koronavirusun ilk aşkarlandığı Hubey əyalətində xəstəlikdən 76 nəfər ölüb və yoluxanların ümumi sayı 1423-ə yüksəlib.

Virus artıq Çindən xaricdə - Cənubi Koreya, Yaponiya, ABŞ, Tayland, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada da qeydə alınıb.

Qeyd edək ki, yeni virus yüksək temperatur, öskürək və boğulma ilə müşahidə olunur.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...