Şahzadə Çarlz və oğlu Uilyam şahzadə Harri və həyat yoldaşı Meqan Marklı yenidən Britaniyaya qaytarmaq qərarına gəliblər.
Eurasia Diary xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Şahzadə Harrinin atası Çarlz və qardaşı Uilyam qeyd ediblər ki, kral ailəsi onları Britaniyada fotoqrafların narahat etməyəcəyi rahat yaşayış şəraiti ilə təmin etməyə hazırdır.
"Saraydakılar şahzadə Harri və həyat yoldaşı Meqan Marklın gələcəyi barədə nigarandırlar. Onlar cütlüyün geri qayıtmaq istədikləri təqdirdə nə edəcəkləri barədə plan qururlar.", - deyə kral ailəsinə yaxın mənbədən bildirilib. (lent.ru)