Türkiyənin Manisa bölgəsində bir neçə dəqiqə bundan öncə şiddəti zəlzələ baş verib.
Eurasia Diary Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 14.26-da 5.1 bal gücündə qeydə alınıb. Dağıntı və itki haqda xəbər verilmir.
Zəlzələnin dərinliyi yerin 11,8 kilometr dərinliyində olub. Qonşu əyalətlərdə və İstanbulda hiss olunan zəlzələ çaxnaşmaya səbəb olub.