ABŞ-ın İraqdakı iki bazasına İranın raket zərbələri nəticəsində 50 hərbçi yaralanıb.
Eurasia Diary tass-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-polkovnik Tomas Kempbell bəyan edib.
Bütün hərbçilərə beyin sarsıntısı diaqnozu qoyulub. Kempbell zərərçəkənlərin sayının arta biləcəyini vurğulayıb.
Xatırladaq ki, yanvarın 8-nə keçən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket hücumu həyata keçirib.
Hücum Bağdadda “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsinə cavab idi.(oxu.az)