Minlərlə fələstinli Qəzza sektorunda etiraz aksiyası təşkil edib.
Eurasia Diary xəbər verir ki, etirazlar ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin konfliktinin həlli ilə bağlı elan etdiyi plana qarşı təşkil olunub. ABŞ konsulluğu önündə təşkil edilən etirazlar zamanı ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun portretləri yandırılıb.
HƏMAS nümayəndələrinin təşkil etdiyi etiraz aksiyaları zamanı Fələstin lideri Mahmud Abbasa dəstək şüarları səsləndirilib.