Böyük Britaniyada yeni maliyyə naziri təyin olunub - YENİLƏNİB | Eurasia Diary - ednews.net

24 Fevral, Bazar ertəsi


Böyük Britaniyada yeni maliyyə naziri təyin olunub - YENİLƏNİB

Dünya A- A A+

Mühafizəkarlar Partiyasından olan deputat Rişi Sunak Sacid Cavidin istefasından sonra Böyük Britaniyanın yeni maliyyə naziri təyin olunub.

Eurasia Diary  TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya baş nazirinin dəftərxanasının məlumatında deyilir.

“Kraliça parlamentin fəxri üzvü Rişi Sunakı xəzinədarlığın kansleri vəzifəsinə təyin etməkdən məmnun idi”, - sənəddə deyilir.

Qeyd edək ki, 39 yaşlı R.Sunak Britaniya parlamentinə 2015-ci ildə seçilib. 2019-cu ilin iyul ayında o, baş nazir Boris Consonun hökumətində maliyyə naziri vəzifəsi alan S.Cavidin müavinlərindən biri təyin edilib.(report)

 

***

Böyük Britaniyanın maliyyə naziri Sacid Cavid hökumətdəki dəyişikliklər çərçivəsində istefa verib.

Bu barədə Eurasia Diary  ria novosti-yə istinadən xəbər verir.

Yeni maliyyə naziri kimi Rişi Sunakın təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Britaniyanın baş naziri Boris Conson hökumətdə dəyişikliklər həyata keçirir. Nazirlər Kabinetinin yeni tərkibi fevralın 14-də keçiriləcək iclasda bir araya gələcək.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...