Avstraliyadakı yanğınlar ilk dəfə nəzarət altına alındı | Eurasia Diary - ednews.net

18 Fevral, Çərşənbə axşamı


Avstraliyadakı yanğınlar ilk dəfə nəzarət altına alındı

Dünya A- A A+

Avstraliyada 6 ay əvvəl başlayan ölkə tarixinin ən böyük meşə yanğınları ilk dəfə nəzarət altına alınıb.

Eurasia Diary  bbc.com-a istinadən xəbər verir ki, bu bölgədə 10 gündür davam edən yağışlar nəticəsində mümkün olub, davam edən 24 yanğın sahəsi nəzarətə alınıb.

Qeyd edək ki, ötən ilin sentyabrında başlayan yanğınlar nəticəsində 33 nəfər həyatını itimişdi. 11 milyon hektar ərazini əhatə edən meşə yanğınları 3 mindən çox evin kül olmasına, 1,24 milyard heyvanın məhvinə səbəb olmuşdu. (metbuat.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...