“Dünən Çanaqqala, bu gün Kəşmir...” - Ərdoğan | Eurasia Diary - ednews.net

8 Aprel, Çərşənbə


“Dünən Çanaqqala, bu gün Kəşmir...” - Ərdoğan

Dünya A- A A+

“Pakistanda özümüzü heç vaxt xarici ölkədə hiss etmirik, hazırda biz öz evimizdəyik. Biz sizi sevməyib kimi sevəcəyik? Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”.

Eurasia Diary “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfəri çərçivəsində parlamentdə çıxış edərkən söyləyib.

“Terrorla mübarizədə Pakistanı dəstəkləməyi davam edəcəyik. İslamda qardaşlıq hüququ mömin qardaşına dəstək olmaq, yanında dərdinə şərik olmağı vacib qılır”, - R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, ötən gün Rəcəb Tayyib Ərdoğan Pakistana gedib. Onu ölkənin baş naziri İmran Xan qarşılayıb.(Virtualaz.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...