Ermənistanda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb | Eurasia Diary - ednews.net

22 Fevral, Şənbə


Ermənistanda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb

Dünya A- A A+

Ermənistanda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Eurasia Diary-nin xəbərinə görə, bu barədə “Razminfo” Ermənistan silahlı qüvvələrinin baş qərargahının informasiya şöbəsinin rəisi Samvel Asatryana  istinadən məlumat yayıb.

Belə ki, bu gün İrəvanda yerləşən “Muratsan” Mərkəzi Kliniki Hospitalından hərbçiləri Sisiana aparan avtomobilin sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində hərbçilər xəsarət almayıb, yalnız bir nəfər müayinə üçün hərbi hospitala aparılıb.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...