Zelenski və Putin arasında telefon danışığı olub | Eurasia Diary - ednews.net

3 Aprel, Cümə


Zelenski və Putin arasında telefon danışığı olub

Dünya A- A A+

Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Eurasia Diary  Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, liderlər 2019-cu dekabrın 9-da Parisdə keçirilən "Normandiya dördlüyü" görüşündə əldə edilmiş razılaşmaların həyata keçirilməsini, həmçinin növbəti görüşə hazırlıq məsələlərini müzakirə ediblər.

Tərəflər Donbass və Krımda, eləcə də Rusiya Federasiyasında saxlanılan Ukrayna vətəndaşlarının sərbəst buraxılması prosesi barədə də danışıblar.

Ukrayna və Rusiya dövlət başçıları əldə olunan razılaşmaları həyata keçirmək Üçtərəfli Təmas Qrupu səviyyəsində işlərin intensivləşdirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...