İndoneziyada 6 bal gücündə zəlzələ baş verib - Sunami xəbərdarlığı edildi | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


İndoneziyada 6 bal gücündə zəlzələ baş verib - Sunami xəbərdarlığı edildi

Dünya A- A A+

İndoneziyanın Maluku əyalətində rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib.

Eurasia Diary  Anadolu agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri Şərqi Seram bölgəsindən 117 kilometr məsafədə yerin 28 kilometr dərinliyində yerləşib. Bəzi mənbələr yeraltı təkanların gücünün 5,8 bal olduğunu vurğulayıb. Sunami barədə xəbərdarlıq edilsə də, yerli mənbələr dalğaların hündürlüyünün sahilə çatana qədər azalacağını bəyan edib. Dağıntı və tələfat barədə məlumat yoxdur. Bölgəyə çox sayda xilasedici cəlb edilib.

Qeyd edək ki, 7 ay əvvəl Malukuda baş verən 6,8 bal gücündəki zəlzələ dağıntı və tələfata yol açmışdı.(publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...