Diyarbəkir analarının zəfəri | Eurasia Diary - ednews.net

21 Sentyabr, Bazar ertəsi


Diyarbəkir analarının zəfəri

Dünya A- A A+

HDP Diyarbəkir təşkilatının binası qarşısında 167 gündür davam edən etiraz aksiyasından daha bir sevindirici xəbər gəlib.

Eurasia Diary xəbər verir ki, HDP-lilər tərəfindən dağa qaçırılan övladına görə HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyası keçirən Gevriye Ayhan ana polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində övladına qovuşub.

Şanlıurfa və Diyarbəkir vilayətinin Kəşfiyyat və Terrorla Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyatı nəticəsində daha bir nəfər terror təşkilatından qaçaraq Şanlıurfanın Suruç qəsəbəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

Təslim olan şəxsin 5 il əvvəl Diyarbəkirdən dağa qaçırılan və bir ay öncə HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyasına başlayan Gevriye Ayhanın qızı Pelda Ayhan olduğu açıqlanıb.

Şad xəbəri anaya Daxili İşlər naziri Süleyman Soylu verib.

Gevriye Ayhan ana, Daxili İşlər naziri Süleyman Soylunun onun mobil telefonuna zəng etdiyini və qızının terror  təşkilatından qaçıb Şanlıurfanın Suruç qəsəbəsindəki təhlükəsizlik qüvvələrinə təslim olduğunu bildirib.

Tezliklə qızına qovuşacağını dilə gətirən Gevriye Ayhan ana, “Nazirimiz mənə “Gözünüz aydın olsun qızınız təslim olub” dedi. Allah ondan razı olsun. Qızım gəldiyi üçün çox sevindim, çox xoşbəxtəm. Prezidentimiz Ərdoğana və nazirimiz Soyluya çox təşəkkür edirəm. Bizə böyük dəstək verdilər. Allah onlardan razı olsun, Allah dövlətimizi qorusun.” - deyib.

Etiraz aksiyasında iştirak edən digər anaların da övladlarına qovuşmasını arzu edən Gevriye ana, “Allah bu analara övlad acısı göstərməsin. İnşallah digər ailələr də yaxın zamanda övladlarına qovuşar.” - deyə bildirib.

Beləliklə Diyarbəkirli anaların etiraz aksiyası keçirməyə başlamasından bu yana ailələrinə qovuşan şəxslərin sayı 7-yə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...