ABŞ və "Taliban" qruplaşması arasında sülh razılaşması fevral ayının sonunda imzalana bilər.
Eurasia Diary xəbər verir ki, bu barədə "Taliban"ın öncül şəxslərindən olan, müzakirə heyəti üzvü Məvləvi Əbdül Salam Hənəfi "Nunn.asia" saytına açıqlamasında danışıb.
O bildirib ki, Qətərin paytaxtı Dohanın ev sahibliyi etdiyi sülh müzakirələri tamamlanıb. Fevralın sonunda tərəflər arasında müqavilə imzalama ehtimalı var. İmza mərasimi Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və Əfqanıstanın qonşu ölkələrinin nümayəndələrinin hüzurunda baş tutacaq.
Razılaşma imzalanmadan əvvəl mərasim üçün uyğun atmosferin yaradılması məqsədilə qarşıdurmaların azaldılacağını bildirən Hənəfi müqavilədən sonra ABŞ və Əfqanıstan hökumətinin əlindəki 5 min "talibançı"nın sərbəst qalacağı, "Taliban"ın əlindəki min nəfərin azadlığa buraxılacağını deyib. Təklif edilən razılaşma və ABŞ qüvvələrinin Əfqanıstandan geri çəkilmə prosesinə dair detalları isə açıqlamayıb.(publika.az)