İsrail dünyaya yayılan koronavirus (COVID-2019) səbəbindən Şərqi Asiyada olan xarici turistlərin ölkəyə buraxılmamasına dair qərar verib.
Eurasia Diary "Hürriyet"ə istinadən xəbər verir ki, İsrail daxili işlər naziri Aryeh Deri coroni-19 virusu səbəbilə son 2 həftə ərzində Tayland, Sinqapur və Hon Konqu ziyarət edən turistləri ölkəyə buraxmayacaqlarını bildirdi.
Deri, qərarın İsrail Səhiyyə Naziriliyinin tövsiyyəsinə əsasən alındığını söylədi. İsrail mediasına görə qərar gələn həftədən qüvvədə olacaq.