İran rəsmiləri iki nəfərdə koronavirus aşkarlandığını təsdiq edib.
Eurasia Diary-nin İSNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur çərşənbə günü bildirib.
O qeyd edib ki, son 2 gün ərzində bir neçə yeni koronavirus şübhəsi ilə müayinə olunanlar var.