Çin hökumətinin Uyğur türklərinə təzyiqini aşkar edən GİZLİ SƏNƏDLƏR mətbuata sızdı

Dünya 15:59 19.02.2020

"BBC" Çinin nəzarət düşərgələrində saxlanılan yüz minlərlə müsəlman Uyğun türkü haqqında sənədlər əldə edib. Çinin qərbindəki Şincan əyalətində 3 mindən çox insanın şəxsi məlumatlarını əks etdirən bu sənədlərdə uyğurların gündəlik həyatlarına dair detallar mövcuddur.

Eurasia Diary "bbc.com"a istinadən xəbər verir ki, 137 səhifədən ibarət olan və bir çox qrafikin olduğu sənədlərdə nə qədər dua etdikləri, nə geyindikləri, gün ərzində kimlərlə ünsiyyət qurduqları və ailə üzvləri ilə münasibətləri də yer alır.

Çin isə bu barədə yalnış bir şey etmədiyini, "terrorla və radikal dini qruplarla mübarizə apardığını" deyir. Keçən il də Şincan əyalətindən məlumat sızdıran bir nəfərin yenidən risk alaraq, sənədləri sızdırması ilə yeni məlumatlar üzə çıxmış oldu.

Sənədlərdən birində daha əvvəl çinli səlahiyyətli şəxslər tərəfindən jurnalistlərin aparıldığı, BBC-nin də getdiyi düşərgələrdən birində qalan 311 nəfərin keçmişləri, qohum və dostları ilə qurduğu münasibətlər detallı şəkildə yer alır.

Bu məlumatlardan sonra isə qərar verilir: Düşərgədə qalmalı, yoxsa, sərbəst buraxılmalı?

Düşərgədən ayrılan bəzi insanlar haqqında məlumatların ardından "geri gətirilməli" ya da "sərbəst qala bilər" qərarı alındığı görülür. Məsələn, sənədlərin birində 38 yaşlı Həlçəm adlı bir qadının düşərgədən sərbəst buraxıldıqdan illər sonra yenidən tutulduğu qeyd olunub. Bunun üçün isə səbəb olaraq göstərilib: "İllər öncə hicab taxmışdı".

Sadəcə pasport müraciəti etdiyi üçün də düşərgəyə gətirilənlər var. Buna görə Şincandan kənara çıxmaq istəyən Uyğur türklərinə də "radikal" kimi baxılır.

Sənədlərdəki digər bir qeydə görə, 34 yaşlı Memetohti adlı şəxs "praktiki olaraq risk təşkil etmədiyi" halda sadəcə pasport müraciəti etdiyi üçün düşərgəyə gətirilib. 28 yaşlı Nurmemet adlı başqa bir şəxsin düşərgəyə gətirilmə səbəbi isə belə açıqlanıb: "Bir linkə klikləyib və bilmədən xarici bir sayta daxil olub".

Sözügedən 311 nəfərin hamısı şimali Şincandakı Xotan şəhərinə yaxın, əhalisinin 90%-i Uyğur türkləri olan Qaraqaş bölgəsində yaşayır. Çin son illərdə bölgəyə ölkədə üstünlük təşkil edən etnik qrup olan Xanlardan milyonlarla insanı köçürür. Bu da bölgədə münaqişələrə yol açır.

Bu münaqişələrin nəticəsində zaman-zaman şiddət hadisələri yaşanır və Çinin bu hadisələrə reaksiyası sərt olur. Bu səbəbdən təkcə Uyğur türkləri deyil, Şincandakı digər müsəlman azlıqlar olan qazaxlar və qırğızlar da bənzər şəkildə tutulurlar.

Bu 311 nəfərlik siyahıdakı hər kəsin xarici ölkələrdə yaşayan bir qohumu var ki, bu da Çin tərəfindən "potensial sədaqətsizlik" olaraq görülür və bu şəxslərin hamısı təkcə bu səbəb olsa belə düşərgələrə aparılırlar.

Onlardan biri olan 65 yaşlı Yusif adlı şəxsin 2 qızının 2014 və 2015-ci illərdə hicab taxdığı, oğlu isə "siyasi İslama meyli" olduğu yazılır. Ailəsi ilə şübhələrdən dolayı Yüsifin "düşərgədəki təliminə davam etməsinə" qərar verilib.

Yanlışlıqla xarici bir sayta daxil olan şəxsin "İJOP" bildirişi (hər kəsin telefona yükləməsi məcburi olan bir proqram. Bu proqram vasitəsi ilə dövlət insanlara nəzarət edə bilir.) səbəbi ilə araşdırıldığı və tutulduğu qeyd edilib. "İJOP" süni intellekti nəzarət edilən şəxsin fəaliyyətlərini incələyərək, səlahiyyətli şəxslərə bildiriş göndərir.

Sızdırılan sənədlərdə 88 nəfərin sadəcə "etibarsız" olduqları üçün düşərgələrə gətirilməsinə qərar verildiyi qeyd olunub. Bu şəxslər üçün başqa bir səbəb göstərilməyib.

Çin dövləti Şincanla bağlı siyasətində isə "xalqın dini azadlıqlarına hörmət edildiyini" bildirir və düşərgələrdə radikal qruplarla, "terorizmlə" mübarizə apardıqlarını sadəcə terror iddiaları ilə cəza almış şəxslərin düşərgələrə apardıqlarını qeyd edir.

Lakin BBC-nin əldə etdiyi sözügedən sənədlərdə bu insanlara qarşı cinayət, istintaq və cəza məlumata rast gəlinmir. Düşərgələrə göndərilmə səbəbi olaraq, pasport müraciətləri, bir qohumun xarici ölkədə yaşaması, ailəsinin görüşləri və ya "etibarsızlıq" olaraq göstərilir.

Sənədlərdə ən çox yer alan səbəb isə "Çinin qatı ailə planlama qaydalarına əməl etməmək" olaraq göstərilir. İcazə veriləndən daha çox uşaq sahibi olmaları Çin dövlətinin gözündə Uyğur türklərinin öz adət-ənənələrinə Çin dövlətinə olan bağlılıqlarından daha sadiq olduqları anlamına gəlir.

Amsterdamda yaşayan Uyğur türkü olan Asiyə Əbdüahəb BBC-yə sənədlərlə bağlı belə deyir:

"Sənədin üzərində rəsmi bir damğa olmasa da, bu məlumatlar həqiqətdir. Bu məlumatlar insanların həyatı haqqında özəl bilgilərdir və Çin bunu açıq şəkildə paylaşmazdı. Buna görə də, Çin dövlətinin bunun həqiqət olmadığını iddia etməsi mükün deyil."

Sürgündə yaşayan bütün digər Uyğurlar kimi Əbdülahəb də Çindəki ailəsi isə əlaqə qura bilmir.


Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
Hamısı