ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasının prezidentliyə namizədləri arasında televiziya deyişməsində tanınmış iş adamı, Nyu Yorkun keçmiş meri Maykl Blumberqin çıxışını tənqid edib.
Eurasia Diary xəbər verir ki, o, bununla bağlı “Twitter” səhifəsində yazıb: “Yəqin ki, Maykl Blumberqin bugünkü çıxışı müzakirələr tarixinin ən bərbad nitqi oldu, orada bəziləri həqiqətən də pisdirlər. O, pəltək, nitqi pozuq, hədsiz naşı idi”.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək.