ABŞ Prezidenti Donald Tramp "Oskar" mükafatının Cənubi Koreya filmi "Parazitlər"ə verilməsini tənqid edib.
Eurasia Diary xəbər verir ki, o, bu barədə Kolorado ştatındakı mitinqdə çıxışı zamanı deyib.
"Bu il kinoakademiya nə pis mükafat verib. Qalib də Cənubi Koreyadan olan filmdir. Orada nə baş verir? Bizim Cənubi Koreya ilə ticarət sahəsində kifayət qədər problemlərimiz var və belə vaxtda onlara ilin ən yaxşı filmi mükafatını verirlər. Bu normaldır? Bilmirəm. Gəlin "Küləklə sovrulanlar"ı qaytaraq, lütfən... Qalib isə Cənubi Koreyadandır. Mən düşünürdüm ki, bu, ən yaxşı xarici filmdir. Yox. Əvvəllər belə şey olurdu?", - Tramp bildirib.
Qeyd edək ki, Cənubi Koreya rejissoru Pon Çjun Honun "Parazitlər" filmi "İlin ən yaxşı filmi" seçilib.(apa)