Türkiyə Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və Quru Qoşunlarının komandanı Ümit Dündar Suriya sərhədinə səfər ediblər.
Eurasia Diary “Hürriyyət” qəzetinə istinadla verdiyi xəbərə görə, Müdafiə naziri və digər rəsmilər sərhəd ərazisinə baxış keçiriblər. (apa)