Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib ərazisində Əsəd rejimin 21 hədəfini məhv edib.
Eurasia Diary-nin məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.
Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına əsasən, zərbə ölkənin şimali-qərbindəki Türkiyə mövqelərinin Suriya ordusu tərəfindən atəşə tutulmasına cavab olaraq endirilib.
Qeyd edək ki, Əsəd rejimin hücumu nəticəsində türk ordusunun 1 hərbiçisi şəhid olub.