Erməni xilasediciləri naməlum bir adamın quraşdırdığı ehtimal olunan partlayıcı barədə xəbərlər əsasında Zvartnots hava limanında axtarış əməliyyatı keçiriblər.
Eurasia Diary-nin Ermənistan KİV-inə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili yardım maşınları ərazidə olublar.
Fövqəladə Hallar Nazirliyi, şənbə axşamı baş verən bu hadisə ilə əlaqədar milli böhran idarəetmə mərkəzinə məlumat verildiyini söyləyib. Naməlum şəxs partlayıcı qurğu quraşdırmağa çalışıb. Təxribatın qarşısı alınıb.