Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.
Eurasia Diary xəbərinə görə, Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) yeraltı təkanların saat 05:43-də Akhisarın Karabörklü məhəlləsində, yerin 7 km dərinliyində qeydə alındığına dair məlumat yayıb.
Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu zəlzələnin 5 bal gücündə olduğunu bildirib
Zəlzələ Bursa və İzmirdə də hiss edilib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.