İranda koronavirusdan ölənlərin sayı 12-yə yüksəlib, virusa yoluxanların sayı isə ümumilikdə 47-ə çatıb.
Eurasia Diary xəbər verir ki, koronavirusun sürətlə yayılması İranı və qonşu ölkələri narahat edir. Elə bu səbəbdən Pakistan, Türkiyə və Azərbaycan İranla gömrük-sərhəd keçid məntəqələrinin fəaliyyətini müvvəqəti dayandırıb.