Eurasia Diary "bbc.com"a istinadən xəbər verir ki, Çin Dövlət Səhiyyə Komitəsinin yaydığı məlumatda son 24 saat ərzində 409 nəfər virusa yoluxub, 1846 nəfər isə xəstəxanadan evə buraxılıb. Gün ərzində ölkənin Hubey əyalətində 149 ölüm faktı qeydə alınıb ki, bunlardan 131-i virusun yarandığı Uhan şəhərində baş verib.
Son məlumatlara görə, İranda virusa yoluxanların sayı 40-ı keçib. Ölənlərin sayı 8 olaraq göstərilsə də, bu rəqəmin daha çox olduğu iddia edilir. Koronavirus səbəbi ilə Ermənistan, Türkiyə, İraq və Azərbaycan İranla olan sərhədlərini bağlayıblar.