Küveyt, Bəhreyn və Əfqanıstanda koronavirusa yoluxma halı qeydə alınıb.
Eurasia Diary xəbər verir ki, Bəhreyn Səhiyyə Nazirliyinin və informasiya agentliyinin məlumatına əsasən, koronavirus İrandan gələn şəxsdə aşkarlanıb.
Həmin şəxs və onunla ünsiyyətlə olanlar paytaxt Manamada yerləşən tibb mərkəzində karantinə alınıblar.