Gürcüstanın Tkibuli şəhərində mədənçilər tətil elan ediblər.
Eurasia Diary report-a istinadən bildirir ki, Dzidziquri adına mədənin işçiləri iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Mədənçilər ağır şəraitdə çalışdıqlarını və lokomativ zədələndiyindən 6 kilometrlik yolu piyada qət etdiklərini deyiblər. Onlar yeni investorun mədəni bağlayacağını iddia edirlər.
Mədənin yeni rəhbərliyi işçilərlə danışıqlar aparmağa hazır olduğunu bildirib.