Koronavirusla bağlı deyilənlər HAMISI YANLIŞ İMİŞ - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

Dünya 16:40 24.02.2020

Çində yayılan yeni tip koronavirusun necə ortaya çıxması və insanlara necə yoluxması ilə bağlı aparılan araşdırmalar sürətlə davam edir.

Eurasia Diary xəbər verir ki, Çin xəstəliyin yayılmasının qarşısını almaq üçün müxtəlif metodlardan istifadə etsə də, epidemiya dünyanın 30-a yaxın ölkəsinə yayılmaqda və can almaqda davam edir.

Ölümcül virusla bağlı ortaya atılan yeni iddia isə şok yaradacaq səviyyədədir.

BBC-nin xəbərinə görə, koronavirusun aşkar edildiyi ilk xəstə olan 70 yaşlı yatalaq xəstəsi olan adamın epidemiyanın yayıldığı iddia edilən qanundan kənar heyvan məhsulları satışı həyata keçirən, Huanan Dəniz Məhsulları bazarı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, o şəxs dəniz məhsulları bazarına heç vaxt getməyib. Araşdırmalara görə, xəstəliyin aşkarlandığı ilk 41 nəfərdən 14-ü heç vaxt Huanan bazarında olmayıb. Xəbərdə “sıfır nömrəli xəstə” adlandırılan adamın infarkt keçirdiyi üçün yataq xəstəsi olduğu və 1 dekabrda xəstələndiyi bildirilib. Bu tarix isə koronavirusun ortaya çıxdığı tarixin rəsmi şəkildə açıqlanmasından ən az 1 həftə əvvələ təsadüf edir.

Uhandakı Cinyintan Xəstəxanasının professoru Vu Venyuan xəstənin səhhətinə görə evindən çıxmadığını və epidemiyanın mərkəzi qəbul edilən bazara heç vaxt getmədiyini, bazarla hər hansı əlaqəsi olmadığını deyib.

Aparılan başqa bir araşdırma isə Çinin Yunnan əyalətindəki sirli mağaranın yaxınlığında yaşayan insanların ölümcül virusa qarşı immunitetinin ola biləcəyini önə çəkir. Biznes məqsədli çalışmayan “EcoHealth Alliance” adlı şirkətdə xəstəliklər üzrə eko-araşdırmaçı Peter Daszak və komandası virusu insanlara yaydığı iddia edilən yarasaları araşdırmaq üçün həm Çində, həm də dünyanın müxtəlif bölgələrində olan mağaralara giriblər. Kəşfiyyat 2004-cü ildə 774 nəfərin ölümünə səbəb olan SARS epidemiyasını araşdıran adamlar tərəfindən aparılıb. Mütəxəssislər 2017-ci ildə mağaraya yarasa nəcisi nümunələri toplamaq üçün yenidən qayıdıb və Uhanda yayılan virusla 96% uyğunlaşan virusun özlərinə də keçdiyini aşkarlayıblar. Peter Daszak virusun yarasalardan insanlara yenidən və təkrar-təkrar sıçradığını göstərdiyini açıqlayıb.

Daszak tərəfindən “Nature” dərgisində 2017-ci ildə yayımlanan araşdırmaya görə, yarasalar "zoonotik infeksiyalar" adlandırılan və insanlara yoluxma ehtimalı yüksək olan virusları daşıyır. Lakin eyni araşdırma mağaranın yaxınlığında yaşayan insanların bədənlərində SARS ilə bağlı koronaviruslara qarşı qoruyan xüsusi maddələrə sahib olduğunu ortaya qoyub. 

Qeyd edək ki, Çinin Hubey əyalətinin Vuhan şəhərindən sürətlə dünyaya yayılan epidemiyaya yoluxanların sayı 79 mini  keçib. (publika.az)

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı