Koronavirus epidemiyası dünyanı qorxutmaqda davam edir. Çin hökuməti 50 milyona yaxın insanı karantinaya aldıqlarını bildiriblər.
Qonşu ölkə olan İranda virusun yayılmasının qarşısını almaq cəhdləri boşa çıxıb. Epidemiya getdikcə yayılmağa, yoluxan insanların sayı artmağa davam edir.
Eurasia Diary xəbər verir ki, İranda koronavirusdan ölənlərin sayı 14-ə çatıb.