ABŞ "Wall Street Journal"ının üç jurnalistinin akkreditasiyalarını ləğv edilməsinə cavab olaraq Çin jurnalistlərini ölkədən qovmağı düşünür.
Eurasia Diary -nin məlumatına görə, Çin Xarici İşlər Nazirliyi "Çin - əsl Asiya xəstəsi" adlı koronavirusla əlaqəli məqaləyə görə "Wall Street Journal"ının üç jurnalistinin akkreditasiyalarını ləğv edib. Pekin məqalənin hökumətin və xalqın epidemiya ilə mübarizədəki səylərini ləkələdiyini və qəzetin redaktorlarının Çin xalqının hədsiz qəzəbinə və beynəlxalq birliyin qınağına səbəb olan sensasiyalı irqçi başlıq verdiyini bildirib.
Məlumata görə, mümkün cavabların müzakirə edilməsi əvvəllər Pekində "WSJ" jurnalisti kimi çalışan Milli Təhlükəsizlik Müşavirinin müavini Met Pottingerin rəhbərliyi ilə administrasiya rəsmilərinin Ağ Evdəki iclasında planlaşdırılıb.