Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş keçirilib.
Eurasia Diary xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan və Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevrədəki görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
"Xarici işlər nazirləri ikitərəfli və regional müstəvidə aktual problemləri müzakirə etdilər, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi apardılar", deyə Nazirlikdən bildirilir.