Hindistanda müsəlmanların etirazları davam edir - Ölənlərin sayı artıb şəhərə qoşun yerdilə bilər | Eurasia Diary - ednews.net

8 Aprel, Çərşənbə


Hindistanda müsəlmanların etirazları davam edir - Ölənlərin sayı artıb şəhərə qoşun yerdilə bilər

Dünya A- A A+

Hindistanın paytaxtı Dehlinin rəhbəri Arvind Kecrival şəhər ordu qüvvələrinin yeridilməsini təklif edib.

Eurasia Diary-nin məlumatına görə, o, həmçinin şəhərin bəzi hissələrin komendant saatının tətbiq olunmasına çağırıb.

Qeyd olunur ki, vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərə etiraz olaraq başlayan aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb.

250-dən çox etirazçının yaralandığı deyilir.

Qeyd edək ki, vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərə əsasən, qonşu ölkələrdən Hindistana gələn müsəlman olmayan qaçqınlar sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcək. Bu qərar müsəlman hindlilər tərəfindən qəzəblə qarşılanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...