Ərdoğandan müharibə xəbərdarlığı: Vaxt bitir! | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


 Ərdoğandan müharibə xəbərdarlığı: Vaxt bitir!

Dünya A- A A+

Suriyada humanitar böhranın qarşısını almaq üçün hərtərəfli çalışırıq.

Eurasia Diary xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda Türkiyədə 3,7 milyon suriyalı qaçqın var. Daha 1 milyon qaçqının ölkəmizdə qəbul etməyimiz mümkün deyil.

Tələb edirik ki, Suriya rejimi Soçi razılaşmasına əsasən müəyyən edilən sərhədlərə geri çəkilsin. Verdiyimiz vaxt dolmaq üzrədir. Fevralın sonuna kimi nəzarət nöqtələrimizi azad etmək fikrindəyik.

Biz bu coğrafiyanın qonağı deyil, ev sahibiyik. Buna görə də İdlibdə kiçik də olsa geri addım atmayacağıq. Bu məsələdə Türkiyə olaraq qətiyyətliyik. Müharibədə top, tank, raket müəyyən yerə qədər işə yarayır. Əsas məsələ ürəkdir, inancdır, imandır”, - Ərdoğan bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...