Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanda səfərdədir.
Eurasia Diary oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilir.
Stanislav Zas fevralın 28-nə qədər Ermənistanda olacaq.
Baş katibin səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır. O, həmçinin, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Müdafiə naziri David Tonoyan, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və parlament sədri Ararat Mirzoyanla görüşəcək.
Qeyd edək ki, bu, Stanislav Zasın KTMT baş katibi kimi Ermənistana ilk səfəridir.
KTMT-ya Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan,Tacikistan və Ermənistan daxildir.