İran Prezidentinin müavini koronavirusa yoluxub | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


İran Prezidentinin müavini koronavirusa yoluxub

Dünya A- A A+

İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar koronavirusa yoluxub.

Eurasia Diary-nin  xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, İran parlamentinin Milli təhlükəsizlik məsələləri üzrə komitəsinin rəhbəri Mojtaba Zonnur, parlamentin digər deputatı Mahmud Sadeki və İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub.

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb. Koronavirusa yoluxanların sayının isə 245-ə yüksəldiyi bildirilir. 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...